İsrail Qəzza nümayişçilərini yenidən gülləbaran edib, bir uşaq, iki gənc şəhid olub, 250 nəfər yaralanıb - FOTO

İsrail Qəzza nümayişçilərini yenidən gülləbaran edib, bir uşaq, iki gənc şəhid olub, 250 nəfər yaralanıb - FOTO

İşğalçı İsrail ordusu dünən cümə günü ilə əlaqədar Qəzza zolağında davam etmiş "Böyük qayıdış" yürüşü iştirakçılarını yenidən atəşə tutub.

Maide.Az Felestin.info - ya istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 3 nəfərin güllələnərək öldürüldüyü bildirilir.

Məlumata görə, həyatını itirən fələstinlilər arasında bir azyaşlı da var, azı 80 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
İsrail ordusu dinc nümayişçilərə qarşı həqiqi güllələrdən, rezin örtüklü metal güllələrdən və gözyaşardıcı qaz bombalarından istifadə edib.
 
"Palinfo"-nun Nazirlikdən əldə etdiyi məlumata görə, həlak olan şəxslər aşağıdakılardır: 12 yaşlı Şadi Əbdülal, 21 yaşlı Hani Əfana və 21 yaşlı Məhəmməd Şəqura.
 
Qeyd olunub ki, dünənki aksiyada 18-i uşaqlardan, ikisi tibb işçilərindən ibarət olan 250 nəfər xəsarət alıb.
 

 

Google+ WhatsApp ok.ru