İsrail Qəzza zolağını atəş altında saxlayır

İsrail Qəzza zolağını atəş altında saxlayır

-- “HƏMAS” İsrail rejim ordusunun hücumlarına cavab verdi

İşğalçı İsrail ordusu “HƏMAS” hərəkatını hədələyib. İttihama görə guya HƏMAS Qəzza zolağından Fələstinin işğal olunmuş ərazisində cənubuna raket zərbələri endirib. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə işğalçı rejim  ordusunun mətbuat xidməti məlumat yayıb. 
 
Məlumata görə, fələstin tərəfinin gecə saatlarında  atdığı 12 reaktiv raketdən üçü İsrail hərbçiləri tərəfindən vurulub. 
 
Qeyd edək ki,  İsrail aviasiyası son günlər  Qəzza zolağındakı müşahidə postlarına o cümlədən dinc əhalinin yaşadığı bölgələrə raket zərbələri endirir. Buna cavab olaraq HƏMAS hərəkatı İsrail tərəfindən zəbt olunmuş  Fələstin torpaqlarına raket zərbələri endirir. 
 
Xatırladaq ki, sionist İsrail rejim ordusu son günlər müxtəlif bəhanələr, o cümlədən  Qəzzadan “şübhəli əşyalar bərkidilmiş hava şarları” buraxıldığını iddia  edərək  Qəzza zolağının cənub hissəsini atəş altında saxlayır. 

Google+ WhatsApp ok.ru