İsrail Qəzzada dinc əhalini bombaladı: ölən və yaralananlar var

İsrail Qəzzada dinc əhalini bombaladı: ölən və yaralananlar var

Sionist İsrail rejimi qüvvələrinin Qəzzanın şərqini bombalaması nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər yaralanıb. 
 
Maide.Az “FİA”a istinadən xəbər verir ki, işğalçı rejim bu gün  Qəzzanın  şimal, mərkəz və cənubunda müxtəlif yerləri bombalayıb. 
 
Bombardımana səbəb Qəzza əhalisinin Böyük Qayıdış mitinqlərini  əngəlləmək olub. 
 
Qeyd edək ki, bu gün Qəzzada “qaçqınların hüquqları əleyhinə çirkli planlar heç vaxt baş tutmayacaq” şüarı altında  keçirilən genişmiqyaslı aksiya keçirilib. İsrail qüvvələri  növbəti aksiyaların qarşısını almaq üçün dinc əhaliyə bombardıman həyata keçiriblər. 
 
Xatırladaq ki, Fələstinlilər artıq  14 həftədir ki, “Böyük Qayıdış” yürüşləri təşkil edirlər. 
 

Google+ WhatsApp ok.ru