İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib

İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib

-- Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib

İşğalçı İsrail rejim aviasiyası Qəzza zolağına  hava zərbələri endirib.
 
Maide.Az -ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də işğalçı İsrail ordusu Qəzza zolağında 3 mövqeə hava zərbələri endirib. 
 
Məlumatda iddia olunur ki, bombalanan ərazi Qəzzanın müxtəlif rayonlarında yerləşən HƏMAS-ın 3 hərbi mövqeyidir. 
 
Fələstin KİV-lərinin məlumatına görə, işğalçı rejim qüvvələri Qəzzanın şimal və cənubundan 10 mövqeni bombaladığı bildirilir.  Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. 
 
Qeyd edək ki,   son günlər ABŞ prezidenti Donald Trampın  Qüdslə bağlı qərarının açıqlanmasının ardınca  işğalçı İsrail rejimi  müxtəlif bəhanələrlə  Qəzza zolağını bombalayır.  Hava hücumları zamanı dinc sakinlər o cümlədən uşaqlar və qadınlar ölür və ya yaralanır. 
 
Xatırladaq ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib.
 

 

Google+ WhatsApp ok.ru