İsrail rejim qüvvələri biri jurnalist olmaqla 15 fələstinlini saxladı 15 Avqust 2018 01:00 Fələstin Sionist İsrail ordusunun verdiyi yazılı açıqlamada, Qərbi Şəriənin fərqli bölgələrində 15 fələstinlinin saxlanıldığı bildirildi. Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan fələstinlilərin dindirilmək üçün nəzarət mərkəzlərinə aparıldığı qeyd edildi. Fələstin məlumat mənbələri, saxlanılanlar arasında yerli televiziya kanalında işləyən Ali Dar Ali adlı fələstinli bir jurnalistin olduğunu bildirir. "Fələstin TV"- də işləyən Dar Alinin, Ramallah yaxınlığındakı evindən aparıldığı deyilir. Saxlanılan şəxslər "terror hadisələrinin təşkilində iştirak etməkdə" ittiham olunurlar. Dar Ali, İsrail qüvvələri tərəfindən son iki həftə ərzində saxlanılan 8-ci fələstinli jurnalistdir. Daha öncə saxlanılan 7 jurnalistdən 4-ü təqribən bir həftə nəzarətdə saxlanıldıqdan sonra, şərti olaraq sərbəst buraxılıb. İşğalçı İsrail rejim həbsxanalarında 20-dən artıq fələstinli jurnalist saxlanılır. İsrail qüvvələri, işğal olunmuş Qərbi Şəriə və Qüdsdə tez-tez evlərə hücum edərək müxtəlif iddialarla fələstinliləri nəzarətə alırlar. Fələstin Əsrlər Cəmiyyətinin məlumatlarına görə İsrail həbsxanalarında təqribən 6000 fələstinli saxlanılır. Teqlər : #İsrail rejim qüvvələri biri jurnalist olmaqla 15 fələstinlini saxladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail hərbçiləri fələstinli uşağı yaraladılar Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar