İsrail rejim qüvvələri Qəzza blokadasını yarmaq istəyən fələstinli fəallara hücum edib

İsrail rejim qüvvələri Qəzza blokadasını yarmaq istəyən fələstinli fəallara hücum edib

İşğalçı İsrail rejim qüvvələri Qəzzaya qarşı blokadanı yarmağı hədəfləyən fələstinli fəallara hücum edib. 
 
Maide.Az "dunyabulteni" istinadla xəbər verir ki, Sionist İsrail rejim Dəniz Qüvvələri  Qəzza xalqına qarşı həyata keçirilən blokadanı yarmaq məqsədilə  Qəzzadan  dənizə çıxan 50 gəmiyə hücum zamanı odlu silahdan istiafdə edib. 
 
Dənizə çıxan gəmilərdə xəstələr, yaralılar və məktəblilər olub.
 
Hücum zamanı  bir fələstinli gənc İsrail əskərləri tərəfindən atılan həqiqi güllə ilə yaralanıb.
 
Blokadanı yarmaq istəyən Qəzzalilər may ayının 29-dan indiyədək 6 dəfə gəmilərlə dənizə çıxıb. İşğalçı rejim qüvvələri hər dəfə  blokadanı yarmaq istəyən fələstinlilərə hücum edir və onların Qəzza sahillərindən uzaqlaşmasına icazə vermir.  İşğalçı rejim qüvvələri hücum zamanı həqiqi güllələrdən istifadə edir. 
 
2007-ci ildən sionist rejim Qəzzanı mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib.
 

Google+ WhatsApp ok.ru