İsrail rejim qüvvələrinin Qəzzada vəhşiliyi davam edir: Şəhid olan fələstinlilərin sayı 49 nəfərə çatıb -YENİLƏNİB

İsrail rejim qüvvələrinin Qəzzada vəhşiliyi davam edir: Şəhid olan fələstinlilərin sayı 49 nəfərə çatıb -YENİLƏNİB

-- Minlərlə fələstinli yaralanıb

 
18:00
 
Sionist İsrail rejim ordusu  "Böyük qayıdış" yürüşü və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən geniş miqyaslı etiraz aksiyasında iştirak edən fələstinlilərdən 49 nəfəri şəhid edib.
 
Maide.Az bildirir ki,  “The Jerusalem Post”un məlumatına görə, işğalçı rejimin açdığı atəş nəticəsində minlərlə fələstinli yaralanıb. 
 

16:25

Qəzza sektorunun sərhədində fələstinlilərin "Böyük qayıdış" yürüşü və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən geniş miqyaslı etiraz aksiyası davam etdirilir. 

Maide.Az "ntv.com.tr"-a istinadən xəbər verir ki, Qəzza ilə Fələstinin işğal olunmuş əraziləri sərhəddində İsrail rejim qüvvələri  aksiya iştirakçılarına atəş açıb.  Bu günki  etiraz aksiyalarında 37 fələstinlini şəhid edib.

Bundan başqa ümumilikdə yaralıların sayı  1700-ə çatıb. Onlardan 448-i bir başa döyüş gülləsi ilə, qalanları isə  gözyaşardıcı qaz və digər maddələrlə yarlanıb. 
 
Martın sonundan başlayaraq hər həftə keçirilən"Böyük qayıdış" yürüşləri zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 50-dən çox fələstinli şəhid edilmişdi. 
 
BMT insan haqları komisiyasının başçısı Zeid Raad əl-Hüseyn İsraili "həddən artıq güc" istifadə etməkdə ittiham edib.
 
 

Google+ WhatsApp ok.ru