İsrail rejimi 17 il ərzində 100 min fələstinlini həbs edib 10 May 2017 01:00 Fələstin Sionist İsrail rejiminin qüvvələrinin 17 il ərzində ən azı 100 min fələstinlini həbs etdiyi məlum olub. İtaliya və Fələstindən olan siyasi fəallar mayın 9-da Romadakı Fələstin səfirliyinin qarşısında toplaşaraq, fələstinli əsirlərin aclıq aksiyasının 23-cü günündə onlarla həmrəylik aksiyasını keçirib. Fələstinin İtaliyadakı səfiri ilə italiyalı və fələstinli siyasi fəalların keçirdikləri mətbuat konfransında, 17 il ərzində ən az 100 min fələstinlinin işğalçı İsrail rejimi tərəfindən həbs olunduğu bildirilib. Fəallar bu vəziyyətin beynəlxalq qanunların kobud şəkildə pozuntusu olduğunu söyləyib. Sionist İsrail rejiminin həbsxanalarında olan 6500 fələstinli əsirdən 44-nün 20 ildən artıqdır ki, həbsxanada saxlanıldığı qeyd olunub. Etirazçılar aclıq aksiyasında iştirak edən fələstinli əsirlərlə həmrəylik içində olduqlarını bildirərək, onlara dəstək verib. (deyerler) / Teqlər : #İsrail rejimi 17 il ərzində 100 min fələstinlini həbs edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinlilər `Pizza Hut` restoranlarını baykot etməyə çağırır - FOTO Həsən Nəsrullah: `Divar arxasında gizlənəcək İsrail, zəif İsraildir`
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar