İsrail rejimi Fələstin torpaqlarının daha 400 hektarlıq ərazisini işğal etdi

İsrail rejimi Fələstin torpaqlarının daha 400 hektarlıq ərazisini işğal etdi

Sionist İsrail rejiminin əsgərləri Nablus bölgəsində fələstinlilərə aid təxminən 400 hektarlıq bir ərazini işğal ediblər.
 
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İordan çayının qərb sahillərinin şimalındakı məskunlaşma işləri üzrə rəsmisi Qassan Deqles açıqlama verərək, İsrail rejiminin əsgərlərinin yanvarın 12-də Nablusun cənubundakı Asirə əl-Qabilə kəndində 398 hektarlıq bir ərazini işğal etdiyini bildirib.
 
Sionist İsrail rejiminin əsgərlərinin təhlükəsizlik səbəbilə həmin ərazini işğal etdiyi bildirilir.
 
Sionist İsrail rejimi 2016-cı ildə 2015-ci ilə nisbətən fələstinlilərin torpaqlarını işğal edilmәsi nisbətini 439% artırıb.
 
Sionist İsrail rejiminin əsgərləri işğal altındakı Fələstin torpaqlarının cənubundakı Ən-Nakab bölgəsində yerləşən və işğalçı rejim tərəfindən qanuni yaşayış sahəsi kimi qəbul edilməyən Əl-Arakib kəndini 108-ci dəfə dağıdıb. Sionist əsgərləri Əl-Arakib kəndini 2016-cı ilin dekabrın 22-də 107-ci dəfə dağıtmışdır və ev sakinlərini kəndin qəbiristanlığı yaxınlığında açıq əraziyə atmışdı.
 
 

Google+ WhatsApp ok.ru