İsrail rejimi fələstinliləri gülləbaran etdi: 8 şəhid, 900 yaralı - VİDEO

İsrail rejimi fələstinliləri gülləbaran etdi: 8 şəhid, 900 yaralı - VİDEO

-- 218 fələstinli döyüş gülləsi ilə yaralanıb

Cümə günü Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada ölən və yaralanan fələstinlilərin sayı artıb.
 
Yerli hakimiyyət orqanının nümayəndəsi – Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kidr bildirib ki, İsrail ordusunun güllələri və tətbiq etdiyi qaz nəticəsində 8 fələstinli şəhid olub, 900-dən çox insan xəsarət alıb.
 
Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi İrab əl-Fukaha isə xəsarət alanların 218 nəfərinin döyüş güllələrindən yaralandığını xəbər verib.
 
Aksiyaçılar İsraildən Qəzza bölgəsinin blokadasına son qoymağı və fələstinlilərə qəsb olunmuş torpaqlara geri dönmələrinə imkan verməsini tələb edirlər. 
 
Qeyd edək ki, ötən həftənin cümə günündən başlayan aksiyalarda şəhid olanların sayı 29 nəfərə çatıb. Ümumilikdə, 1500 nəfərdən çox fələstinli yaralanıb.
 
Xatırladaq ki, 1948-ci ildə işğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib. Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunur. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür. (dunyabulteni)
 
 
 

Google+ WhatsApp ok.ru