İsrail rejimi Fələstinlilərin torpaqlarının əllərindən alınmasına dair qanun qəbul edib

İsrail rejimi Fələstinlilərin torpaqlarının əllərindən alınmasına dair qanun qəbul edib

İşğalçı İsrail rejim parlamenti işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni inşa edilmiş 4 minədək evin leqallaşdırılması və fələstinlilərin torpaqlarının əllərindən alınmasına dair qanun layihəsini qəbul edib.
 
Maide.Az xəbər verir ki, fələstinlilərin şəxsi mülkləri üzərinə evlərin tikilməsinə icazə verən qanun layihəsinin lehinə 60, əleyhinə 52 deputat səs verib.
 
Bu qanun layihəsi fələstinlilərin xüsusi mülklərində 4 min evin qeyri-qanuni tikilməsini “qanuniləşdirir”  və eləcədə tikinti işlərini sürətləndirilməsinə şərait yaradır. 
 
Qeyd edək ki, bundan əvvəl işğalçı İsrail rejimi İordan çayının qərb sahilində 2500 ev tikmək niyyətində olduğunu təsdiqləyib.
2016-cı ilin dekabrın 23-də BMT TŞ İsrail rejimindən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib. Dünya ictimaiyyəti və fələstinlilər dəfələrlə işğalçı İsrail rejiminə xəbərdarlıq edib və qanunun təsdiqlənməməsini tələb edib.

Google+ WhatsApp ok.ru