İsrail rejimi Qüdsdə daha 870 məskunlaşma yerinin inşasına qərar verdi

İsrail rejimi Qüdsdə daha 870 məskunlaşma yerinin inşasına qərar verdi

Sionist İsrail rejimi Fələstinin işğalı siyasətləri istiqamətində Qüdsdə 870 məskunlaşma yerinin inşasına qərar verib.
 
Sionist İsrail rejiminin nazirlər kabinetində təsdiq olunan məskunlaşma planına görə, 870 məskunlaşma yerinin əksəriyyəti Qüdsdə inşa ediləcək.
 
Bu arada, Fələstin Qurtuluş Təşkilatını sionist məskunlaşma yerlərinin inşası ilə mübarizə milli müdafiə qurumu sionist İsrail rejiminin bu təşəbbüsünə qarşı etiraz edib. Bəyanatda sionist rejiminin bu qərarının dünya ictimaiyyətinin reaksiyasına səbəb olacağı vurğulanıb.
 
Bəyənatda, həmçinin dünya cəmiyyətinin sionist İsrail rejimindən tələbinin fələstinlilərin evlərini dağıtmağı dayandırması, eləcə də işğal altındakı ərazilərdəki məskunlaşma layihələrini dayandırılması olduğu vurğulanıb. Sionist İsrail rejiminin bu təşəbbüslərinin beynəlxalq qanunlara və Cenevrə müqaviləsinə zidd olduğu qeyd olunub. (deyerler) /

Google+ WhatsApp ok.ru