İsrail rejimi Qüdsdə qanunsuz yeni binaların inşasını davam etdirir

İsrail rejimi Qüdsdə qanunsuz yeni binaların inşasını davam etdirir

Sionist İsrail rejiminin planlaşdırma və inşaat komitəsi Qüdsdə 196 min yeni mənzilin inşa edilməsi istiqamətində qərar qəbul edib.
 
Komitə Remat Şalomo qəsəbəsində 98, Beyti Hanbina qəsəbəsində 18 və Ramot qəsəbəsində 80 yaşayış binası inşa edilməsi barədə qərar verib.
 
BMT və Təhlükəsizlik Şurasının bina və mənzil tikintisi işlərinin dayandırılması istiqamətində 2334 saylı fərmanı qəbul etməsinə baxmayaraq, İsrail rejimi bu qətnamələrə əhəmiyyət vermədən özbaşınalıq edir və mənzil tikinti işlərini sürətlə davam etdirir. (deyerler) /
 

Google+ WhatsApp ok.ru