İsrail rejimi Qəzza sərhədində 100-dən artıq snayper yerləşdirdi

İsrail rejimi Qəzza sərhədində 100-dən artıq snayper yerləşdirdi

-- “Böyük qayıdış yürüşü” cümə günü başlaycaq və 6 həftə davam edəcək

İsrail rejiminin ordusu fələstinlilərin cümə günü başlayacağı və 6 həftə davam edəcək “Böyük qayıdış yürüşü” üçün Qəzza sərhədində gərginlik yaradan tədbirlər həyata keçirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İsrail rejiminin baş qərargah rəisi Qadi Eizenkot belə bir açıqlama ilə çıxış edib: “Hərbi orqanların hamısı, xüsusən də xüsusi qüvvələrdən 100-dən artıq snayper yerləşdirilib. Təhlükə yaransa, atəş açmaq icazələri var”.
 
Fələstinli qaçqınların ölkələrinə geri qayıtması üçün martın 30-da Qəzza-İsrail rejimi sərhədində fələstinli qrupların çağırışı ilə “Böyük qayıdış yürüşü” keçirilməsi planlaşdırılır.
 
İsrail rejiminin ordusu İsrai rejiminin qurulmasının ildönümündə Qəzza xalqının işğal altındakı torpaqlara girə biləcəyini ehtimal edib sionist məskunlaşma yerlərinin sakinlərindən silahlanmalarını istəyib.
 
Digər tərəfdən, Əl-Əqsa məscidinin imam-camaatı Şeyx İkrim Sabri yəhudilərin Pesah (Xəmirsiz) bayramı münasibətilə sionist gəlmələrin planlaşdırdığı hücumlara qarşı fələstinliləri cümə günü Əl-Əqsa məscidində olmağa dəvət edib.
 
Xatırladaq ki, yəhudi heykəl təşkilatı martın 30-u Pesah bayramı münasibətilə Əl-Əqsa məscidində qurban kəsmək niyyətində olduğunu bildirərək, müsəlmanlardan Əl-Əqsa məscidini boşaltmalarını tələb etmişdi.
 

Google+ WhatsApp ok.ru