İsrail rejimi Qəzzanın dəniz sərhədinə sədd çəkir

İsrail rejimi Qəzzanın dəniz sərhədinə sədd çəkir

-- Qəzzanın əsas gəlir mənbələrindən olan balıqçılıq sahəsi...

İşğalçı İsrail rejimi Müdafiə Nazirliyi Qəzza zolağının dəniz sərhədində yeni bir qadağa qoyub.

Maide.Az "eastnews"a istinadən xəbər verir ki, işğalçı rejim  dənizdə yeni bir sədd inşa ediləcək.   

İşğalçı rejim müdafiə naziri Aviqdor Liberman Qəzza zolağının dəniz sahilində açılan sədd ilə bağlı açıqlamasında bildirib ki, sahil zolağı üzərindən İsrail rejimi torpaqlarına keçilməməsi üçün belə bir sədd çəkiləcək və bunun vasitəsilə HƏMAS hərəkatının planları pozulacaq. 

Qeyd edək ki, qəzzalılar artıq 10 ildən çoxdur ki hava, quru və sudan sionist İsrail rejiminin mühasirəsindədir. 2006-cı ildə HƏMAS-ın parlament seçkilərində qalib gəlməsi və Fəth hərəkatının buna etirazı İsrail tərəfinin də Qəzzalıları təzyiqlə üz-üzə qoyması ilə nəticələndi. 

Qəzza Sektorunda istehsal müəssisələrinin infrastrukturasının İsrailin hava zərbələri nəticəsində dağılması işsizlərin sayının artması və əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib.
 
Qəzzanın əsas gəlir mənbələrindən olan balıqçılıq sahəsidir ki, işğalçı rejim atdığı yeni qadağa və addımlarla bu sahəni də  iflic vəziyyətə salıb.
 
Hazırda  Qəzza sahillərində 4 min  fələstinli balıqçı balıq tutmaqla öz yaşayışlarını təmin edir. Onlar 2007-ci ildən sionist rejim tərəfindən mühasirədə saxlanılan 2 milyondan çox fələstinlinin ən az 500 min nəfərinin qidasını təmin edir. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından məhrub edilib. 
 

 

Google+ WhatsApp ok.ru