İsrail rejimi Qəzzaya yenə hücum etdi

İsrail rejimi Qəzzaya yenə hücum etdi

İsrail rejiminin ordusuna aid silahlı pilotsuz uçuş aparatlarından (PUA) iyulun 23-ü günün ikinci yarısından sonra Qəzzanın şimalındakı Cibaliyanın şərqində yerləşən fələstinli bir qrup gəncə raket atılıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, İsrail rejiminin PUA-larının fələstinli gənclərin olduğu bölgəyə doğru bir raket atdığını və hücumda ölən və ya yaralananların olmadığını bildirib.
 
İsrail rejiminin ordusu iyulun 22-si axşam saatlarında Cibaliyanın şərqində buna oxşar bir hücum da reallaşdırmış və bu hücumda iki nəfər yaralanmışdı.
 
Sionistlərin qoşunu sərhədə yaxın bölgələrdə PUA-larla həyata keçirdiyi bu cür hücumlarda sionist məskunlaşma yerlərinə yanan kağız ilan və helium şarı atan gəncləri hədəfə aldığını iddia edir.
 

Google+ WhatsApp ok.ru