İsrail rejimi səfirliyi polislər tərəfindən mühasirəyə alınıb - FOTO

İsrail rejimi səfirliyi polislər tərəfindən mühasirəyə alınıb - FOTO

"Qüds günü" ilə əlaqədər olaraq sionist İsrail səfirliyinin qarşısına çox saylı polis əməkdaşları gətirilib
 
Buna səbəb hər il mübarək Ramazan ayının sonuncu cümə günü keçirilən "Beynəlxalq "Qüds günü" ilə bağlı olduğu bildirilir. 
 
Əldə etdiyimiz məlumata görə "Qüds günü" ilə əlaqədar səfrilik qarşısında bir neçə dindar şüar səsləndirib və polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.
 
Qeyd edək ki, ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda, Yəməndə və başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir.
 
Xatırladaq ki, neçə illərdir Qüds Günü ilə bağlı hər il Azərbaycanda işğalçı İsrail rejiminə etiraz olaraq səfirlik qarşısında aksiya keçirilir. Görünən budur ki, bu il də hüquq mühafizə orqanları belə bir aksiyanın keçirilmə ehtimalını nəzərə alaraq polis əməkdaşlarını əraziyə cəlb edib. (islaminsesi) /
 
 

Google+ WhatsApp ok.ru