İsrail rejimi zindanlarında 1600 fələstinlinin aclıq aksiyası 17-ci günə daxil olub

İsrail rejimi zindanlarında 1600 fələstinlinin aclıq aksiyası 17-ci günə daxil olub

Fələstinli məhbusların Azadlıq və Ləyaqət adlı aclıq aksiyası 17-ci günə daxil olub.
 
Sionist rejimin zindanlarında aclıq aksiyası keçirən fələstinli məhbuslara daha 53 məhbus qatılıb və onların sayı 1600-ü keçib.
 
Onların arasında məhbus fələstinli fəallardan başqa iordaniyalı fəallar da var.
 
Bundan öncə fələstinlilərin humanitar təşkilatları bəyanat yayaraq, Mahmud Abbas və hökuməti tərəfindən məhbusların aclıq aksiyasının lazımi şəkildə dəstəklənməməsi və beynəlxalq arenalara çıxarılmamasına görə ona tənqidlər yağdırmışdılar. Bu bəyanatlarda Fələstin muxtariyyətindən, ərəb dövlətlərindən tələb olunub ki, əlçatan bütün siyasi konfranslar və toplantılarda məsələ ilə bağlı addımlar atsınlar.
 
Fələstinli məhbusların əsas tələbləri ədalətsiz mühakimələrə və məhbəslərdə üzləşdikləri alçaldıcı rəftarlara  görədir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru