İsrail rejimi Əl-Əqsa məscidinin qapılarından metal detektorları yığışdırdı -FOTO/VİDEO

İsrail rejimi Əl-Əqsa məscidinin qapılarından metal detektorları yığışdırdı -FOTO/VİDEO

Əl-Əqsa məscidinin sabiq müdiri Şeyx Naci Bəkirat sosial şəbəkədən verdiyi açıqlamasında, İsrail rejiminin polisinin axtarış detektorlarını yığışdırmağa başladığını deyib. O, həmçinin İsrail rejiminin polisinin həmin yerlərə təhlükəsizlik kameraları yerləşdirdiyini bildirib. Şeyx Bəkirat kameraların yerləşdirilməsinin tələblərinin yerinə yetirilməsi sayılmadığını və bunu heç bir halda qəbul etməyəcəklərini qeyd edib.

İsrail rejiminin Təhlükəsizlik Kabineti gecə saatlarında davam edən toplantısından sonra, belə bir açıqlama ilə çıxış etmişdir: "Təhlükəsizlik Kabineti bütün idarələrin tövsiyə etdiyi kimi, metal axtarış detektorlarını yığışdıraraq, əvəzində qabaqcıl texnologiyadan istifadə etməklə başqa tədbirlərin həyata keçirilməsinə qərar verib. Bu cür Qədim Şəhər zonası və Əl-Əqsa məscidində ibadət edənlərin təhlükəsizliyi təmin olunacaq".

Açıqlamada bu müasir texnoloji tədbirləri həyata keçirilənə qədər, xeyli sayda polisin şəhərdə yerləşdiriləcəyi və Əl-Əqsa məscidinə edilən ziyarətlərin təhlükəsizliyini təmin etmək üçün zəruri addımların atılacağı bildirilib.

Yeni texnoloji tədbirlərin 6 ay ərzində başa çatması üçün hökumətin 100 milyon şekel (təxminən 28 milyon dollar) ayırdığını bildirib.

Əl-Əqsa məscidlərinin qapılarına yük maşınıları ilə gələn bələdiyyə işçiləri sökdükləri detektorları ərazidən aparıblar.

Haaretz qəzetinə danışan təhlükəsizlik kabinetinin üzvlərindən, adını açıqlamayan bir səlahiyyətli isə, İsrail rejiminin Əl-Əqsa məscidindəki status-kvonu qorumaq niyyətində olduğunu vurğulayıb. (deyerler.org)

İsrail rejimi Əl-Əqsa məscidinin qapılarından metal detektorları yığışdırdı

Google+ WhatsApp ok.ru