İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı

İsrail rejiminin artilleriyası Qəzzanın şərqinə 15 dəfə atəş açdı

-- İsrail rejimi ordusuna aid buldozerlər...

Sionist İsrail rejiminin ordusu bu gün səhər (11 aprel) Qəzza şəhərinin şərqindəki bir əraziyə artilleriyadan hücum təşkil edib.
 
Maide.Az "deyerler.org"- a istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun artilleriyası Qəzza şəhərindəki Əz-Zeytun məhəlləsinin şərqində yerləşən müqavimətə aid bir müşahidə məntəqəsində qarşı 15 dəfə atəş açıb. Hücumda ölən və ya yaralananların olmadığı bildirilib.
 
İsrail rejimi hücuma əsas olaraq, İsrail rejiminin ordusuna aid buldozerlərə əldəqayırma partlayıcıyla hücum edildiyini bildirib və hücuma görə HƏMAS-ı ittiham edib.
 
Palinfo-nun müxbiri İsrail rejimi ordusuna aid buldozerlərin bu gün səhər daha geniş bir ərazini hamarlaşdırmaq üçün sərhədi pozaraq, Qəzzaya daxil olduğunu bildirmişdi. Müxbir sionist ordusunun müxtəlif əsaslarla buldozerlərin Qəzzaya girişini normal hala gətirmək istədiyini və Fələstin müqavimətinin isə bunu rədd etməsini qanunsuzluq və təxribat kimi qəbul etdiyini bildirib.
 
Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf Əl-Kudra aprelin 10-nu Qəzzada keçirdiyi mətbuat konfransında, Böyük qayıdış yürüşünün 12-ci günündə xəstəxanalara xeyli sayda yaralının gəlməyə davam etdiyini demişdi. Kudra bu müddət ərzində 30 nəfərin şəhid olduğunu və iki şəhidin cəsədinin də İsrail rejimi qüvvələrinin əlində olduğunu bildirmişdi. O, dinc nümayişçilərə sionist əsgərlərin açdığı atəş nəticəsində yaralananların sayının isə 3078-ə çatdığını açıqlamışdı.
 

 

Google+ WhatsApp ok.ru