İsrail rejiminin fələstinlilərə qarşı sərt müdaxiləsində 108 nəfər yaralandı-VİDEO

İsrail rejiminin fələstinlilərə qarşı sərt müdaxiləsində 108 nəfər yaralandı-VİDEO

-- Yaralıların arasında jurnalistlərin də olduğu qeyd olunur.

İordan çayının qərb sahilində Trampın Qüds qərarına etiraz etmək üçün toplaşan fələstinlilərə İsrail rejiminin təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz bombası, həqiqi və plastik güllə istifadə edərək müdaxilə edib. Hadisələrdə 108 fələstinli yaralanıb.
 
Sionist İsrail rejiminin polisi Şərqi Qüdsün köhnə şəhər bölgəsinin ən mühüm qapısı olan Dəməşq qapısına baryerlər quraraq, pasport yoxlaması ilə girişə icazə verir.
 
Trampın Qüds qərarına etiraz etmək üçün Dəməşq qapısında da toplaşan yüzlərlə fələstinli gənc ilə İsrail rejiminin polisi arasında qarşıdurma baş verib.
 
Atlı və piyadalardan ibarət olan İsrail rejiminin onlarla polisi Şərqi Qüdsün mühüm nöqtələrində yerləşdirilib.
 
İordan çayının qərb sahilindəki qarşıdurmalarda fələstinlilərdən 108 nəfər yaralanıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd olunur.
 
Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verərək, İsrail rejiminin əsgərlərinin göz yaşardıcı qaz, həqiqi və plastik güllə ilə aksiyalara müdaxilə etdiyini bildirib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru