İsrail əsgərləri Fələstinli millət vəkilini həbs etdi

İsrail əsgərləri Fələstinli millət vəkilini həbs etdi

-- Onun evində axtarış aparılıb

Işğalçı İsrail əsgərləri, Fələstin Qanunvericilik Şurasıının üzvi, millət vəkili Nasır Abdulcəvadı həbs edib. 
 
Maide.Az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə,  işğalçı rejim əsgərləri bu gün səhər  Ramallahda  N.Abdulcəvadın evinə basqın edib.  Evdə axtarış aparan rejim əsgərləri,  N. Abdulcəvadı  həbs edərək aparıb. 
 
Sionist rejim Hamasın  islahatçılar blokundan millət vəkili olan N.Abdulcəvadın həbsi ilə bağlı heç bir açıqlama verməyib. 
 
İşğal altında olan Qrəbi şəriyə və Qüdsdə İsrail rejim əsgərləri  tez-tez  evlərə basqın edir və insanları  müxtəlif bəhanələrlə həbs edir.  
 

Google+ WhatsApp ok.ru