İsrail əsgərlərindən növbəti vəhşilik

İsrail əsgərlərindən növbəti vəhşilik

-- Məktəbi dağıtdılar

İşğalçı sionist İsrail rejiminin əsgərləri Qərbi Şəriə bölgəsində bir məktəbi ağır texnika ilə dağıdıblar. 

Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səbəb olaraq təhsil müəssəsinin sənədsiz fəaliyyət göstərdiyi göstərilib.

43 şagirdin təhsil aldığı və taxtadan tikilmiş məktəb bir neçə dəqiqə içində yerlə-yeksan edilib.

Daha sonra dağıntılar digər yük maşınlarına toplanaraq aparılıb.

Qeyd edək ki, BMT-nin Humanitar Məsələlər üzrə Kopordinasiya Mərkəzinin 4 fevralda yayımladığı hesabda Qərbi Şəriənin İsrailin nəzarətində olan bölgəsində 45 məktəbin dağılma təhlükəsində olduğu bildirilmişdi.

Google+ WhatsApp ok.ru