İsrail əskərləri 50 fələstinlini yaraladı

İsrail əskərləri 50 fələstinlini yaraladı

İşğalçı İsrail rejiminin blokadası altında illərdir böyük humanitar böhran  yaşayan Qəzza zolağında, 30 martda başlayan "Böyük Qayıdış Yürüşü" nümayişləri  davam etdirilir.
 
Maide.Az xəbər verir ki, "Səhiyyə personalı və media işçilərinə aman" adı ilə keçirilən  "Böyük Qayıdış Yürüşü"nün cümə günü keçirilən tədbirlərində, İsrailin bütün cəhdlərinə baxmayaraq çox sayda fələstinli iştirak edib.
 
Həmas təmsilçisi  Hazım Qasım, verdiyi yazılı məlumatda- "Böyük Qayıdış Yürüşü nümayişlərinin davam etməsi, Fələstin xalqının öz hədəflərini həyata keçirməkdə nə qədər israrlı olduğunu göstərir" ifadəsini işlədib. 
 
Fələstin xalqının başda blokadanın qaldırılması olmaqla,  istədiyi məqsədlərə çatana qədər bu nümayişləri davam etdirəcəyini bildirən Hazım Qasım,  "Səhiyyə personalı və media işçilərinə aman" adı altında keçirilən nümayişlərin, böyük aksiyalarının bir hissəsi olduğuna diqqət çəkib.
 
Qəzzadakı Səhiyyə Nazirliyindən  verilən  açıqlamada, İsrail əskərlərinin Qəzzanın qərb sərhədlərində nümayiş keçirən fələstinlilərə mərmiylə açdığı atəş nəticəsində 50 fələstinli yaralanıb. 
 
Məlumatda yaralıların vəziyyəti ilə bağlı açıqlama verilməyib. 139 fələstinlinin isə gözyaşardıcı qazdan ziyan gördüyü bildirilib.
 
İsrail əskərlərinin 30 martdan bəri davam edən, işğala qarşı aksiyalara müdaxiləsi nəticəsin, 3 səhiyyə işçisi və 2 jurnalist olmaqla 160-dan çox insan şəhid edilib.

Google+ WhatsApp ok.ru