İsrail əskərləri Qərbi Şəriyədə 4 jurnalisti saxladı

İsrail əskərləri Qərbi Şəriyədə 4 jurnalisti saxladı

İsrail əskərləri işğal altında olan Qərbi Şəriyənin Ramallah şəhərində 4 fələstinli jurnalisti saxlayıb. 
 
Maide.Az "sabah"a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, səhər saatlarında Ramallah şəhərinə hücum edən İsrail əskərləri, mərkəzi Lübnanda olan Əl-Qüds televiziyasının  4 jurnalistini həbs edib. 
 
Nəzarətə alınan media mənsublarının, Ala ər-Rimavi, Mühəmməd Alvan, Kuteybə Hamdan və Hüsni Əbdülcəlil olduğu bildirilir.
 
Mühəmməd Alvanın qardaşı Fatin Alvan bildirib ki, evimizə hücum edən İsrail əskərlərinin qardaşıma aid olan kompyuteri və kameranı da götürüb. 
 
Fatin Alvan, İsrail əskərlərinin qardaşını "Hamasdan pul alması" iddiası ilə həbs etdiyini bildirib. 
 
Fatih Alvan qardaşının heç bir şəkildə Həmasdan pul almadığını vurğulayaraq səsləndirilən ittihamları rədd etdi.
 
 

Google+ WhatsApp ok.ru