İsraildən səssiz işğal planı: Qüdsdə yəhudilər üçün 20 min ev tikiləcək

İsraildən səssiz işğal planı: Qüdsdə yəhudilər üçün 20 min ev tikiləcək

İsrail rejimi işğal etdiyi Qüds şəhərində yəhudi immiqrantlar üçün 20 min yeni yaşayış binasının tikintisi ilə bağlı plan irəli sürüb.
 
Maide.Az Felestin.info-a istinadla xəbər verir ki, bu barədə dünən İsrail mediasında məlumat yayılıb.
 
Mənbənin yazdığına görə, yeni evlərin əksəriyyəti İsrailin 1967-ci ildə işğal etdiyi Fələstin ərazilərində inşa ediləcək və layihənin ümumi dəyəri 1,4 milyard şekel (379 milyon dollar) həcmindədir. İsrail tərəfdən Qüds meri Nir Barkat bu qərarı "Qüdsün gələcəyi üçün faydalı tarixi bir qərar" adlandırıb.
 
Fələstinin WAFA agentliyinin yazdığına görə, bu gün Fələstin hökuməti işğalçı rejimin yeni planını tənqid edib, bu qərarı müqəddəs şəhərdə yeni müharibə çağırışı kimi dəyərləndirib. Hökumət sözçüsü Yusif əl-Mahmud bəyan edib ki, plan 1967-ci ildən işğal altında olan şəhərdə növbəti zorakılıq aktıdır, sülhə, təhlükəsizliyə və stabilliyə zərbədir.
 
Bildirək ki, beynəlxalq hüquqa əsasən İordan çayının qərb sahili və Şərqi Qüds işğal edilmiş torpaqlar statusunu daşıyır, həmçinin burada hər hansı yəhudi məskənlərinin tikilməsi qanunsuz hesab edilir.

Google+ WhatsApp ok.ru