İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb 22 May 2018 01:00 Fələstin -- Amerika, Kanada, İsveç, Fransa, Türkiyə, İspaniya... Bu gün Danimarkanın Kopenhaqen limanından Qəzzanı işğalçı İsrail rejiminin mühasirəsindən çıxarmaq məqsədilə bir gəmi flotu yola düşüb. Maide.Az "İslaminSesi"ə istinadən xəbər verir ki, İsrailin Qəzzaya tətbiq etdiyi mühasirəni sındırmaq məqsədi daşıyan gəmi flotu və onun Qəzza səfəri “Azad Beynəlxalq Flot Koalisiyası” tərəfindən təşkil edilib. Danimarka paytaxtı limanından bu gün yola düşən bu flot iki aya Qəzzaya çatmalıdır. Avropa gəmi flotu “Həqiqət Fələstin məsələsinin ədalətli həllindədir” devizi ilə iki ay səfər boyu müxtəlif proqramlar həyata keçirəcək. Atlantik okeanından Aralıq dənizinə daxil olan flot bir sıra Avropa dövlətlərinin limanında duraraq, Fələstin məsələsinin ədalətli həllinə çağırışlar edəcək. Bu flotda Amerika, Kanada, CAR, İsveç, Fransa, Türkiyə, İspaniya, İtaliya, Norveç və sair ölkələrin fəalları, alimləri və akademikləri var. Teqlər : #İsrailin mühasirəsini qırmaq məqsədilə – Avropa gəmiləri Qəzzaya yola düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 6500 fələstinli iftarı işğalçı İsrail rejim həbsxanalarında açır İşğalçı İsrail rejimi Qüdsə girişi qadağan etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar