İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək 06 Dekabr 2017 02:00 Dünya -- Qüds məsələsi müzakirə olunacaq Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək. SalamNews-un “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib. Bildirək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani, Malayziyanın baş naziri Hacı Mohd Najib bin Tun Haji Abdul Razak və Tunis prezidenti Beci Qaid əs-Sebsi ilə telefon danışığı keçirib. R.T.Ərdoğan hər üç ölkənin liderinə ayrı-ayrılıqda zəng edib. Danışıqlar zamanı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə edilib. Danışıqlar zamanı qeyd edilib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının Yaxın Şərqdə sülh prosesinə zərbə vuracaq. Teqlər : #İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada 815 milyon nəfər aclıq çəkir Moskvada Peyğəmbərin (s) doğum günü münsibətilə bayram şənliyi keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO