İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb

İstanbulda İƏT-in Qüdslə bağlı fövqəladə sammiti başlayıb

-- Səudiyyə Ərəbistanı Zirvə toplantısında ali səviyyədə iştirak etmir.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı başlayıb.
 
Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  iclasda ABŞ prezidenti Donlad Trampın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunur. 
 
Toplantıya təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb.  Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunurlar. 
 
Toplantının sonunda qətnamə qəbul ediləcək. Sammit başa çatandan sonra liderlərin mətbuat konfransı keçirəcəyi gözlənilir.
 
Səudiyyə Ərəbistanı İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında ali səviyyədə iştirak etmir.
 
Məlumata əsasən, Krallığı sammitdə İƏT işləri üzrə nazir təmsil edir.
 
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsü işğalçı İsarilin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürəcəyi haqda qərar qəbul edib
 
 

Google+ WhatsApp ok.ru