İsti gecələrdə kondisionersiz keçinməyin sadə fəndləri

İsti gecələrdə kondisionersiz keçinməyin sadə fəndləri

"The Telegraph" yazır ki, isti ölkələrdə adamlar gecələri rahat yata bilmək üçün kondisionerlərdən istifadə edirlər, amma Britaniyada əksər evlər ildə bir-iki qızmar günə görə belə bahalı avadanlığı quraşdırmır.
 
Buna baxmayaraq yayın qızmar bir-iki günündən də salamat çıxmaq lazım gəlir.
 
Ekspert Nick Littlehales dünyanın ən böyük idman ulduzlarına "yuxu məşqçilyi" edib.
 
O bildirir ki, gün ərzində günəşin çıxması və batması arasında temperatur dəyişir, lakin əgər biz gündüz kifayət qədər "istilənmişiksə", bu istilik "intuitive" olaraq canımızdan gecə də çıxmaq bilmir.
 
Məhz buna görə də isti gecələrdə sərin yatıb, şirin yuxuya getməyin bəzi sadə fəndlərini bilməkdə fayda var.
 
Pəncərələri bağlı saxlayın
Ekspert bildirir ki, yataq otağı isti yay gecəsinə gündüzdən hazırlanmalıdır.
Buna görə də gündüzün qızmar havasında yataq otağının pəncərə və pərdələrini bağlı saxlamaq lazımdır ki, isti hava axınları içəri girməsin.
Yataq otağını mümkün qədər qaranlıq saxlamaq lazımdır. Qaranlıq daha sərin hava deməkdir.
 
Sərinkeşin qabağına buz qoyun
"Mən bir idmançı tanıyırdım, o iki bir litrlik butulkanı su ilə doldurub, soyuducunun buzluğuna qoyar, sonra isə gecə yatmazdan əvvəl çıxarıb bir ləyəndə sərinkeşin qarşısında yerləşdirərdi. Beləliklə yataq otağında sərin küləklər əsərdi" - deyir Nick Littlehales.
 
"Qrelkadan" istifad edin
Apteklərdə satılan və elmi adı termorfor olan (Azərbaycanda onun adına çox vaxt elə rusca "qrelka" deyirlər) isti su tuluqlarından istifadə edin.
Adətən qış aylarında yatağı isti saxlamaq üçün istifadə edilən termorforlardan, isti yay gecələrində yatağı soyuq saxlamaq üçün istifadə etmək olar.
Sadəcə olaraq termorforun içinə buzlu su doldurub yatağa qoymaq lazımdır.
 
Balışı sərin saxlayın
Ekspert bildirir ki, bədən istiliyinin əksər hissəsi başdan gəlir və buna görə də isti yay gecələrində başın sərin olması mühümdür.
Bunun ən sadə yolu balışınızı soyuducunun buzluğunda saxlamaqdır.
"Bu üsul doğrudan da əla işləyir" - deyir ekspert.
 
Yorğanı bir tərəfə atın
Digər sadə üsul yorğanın və ya adyalın altında yox, adi döşəkağının altında yatmaqdır. Burası da var ki, tam çılpaq yatmaqdansa, döşəkağının altında yatmaq faydalıdır. Beləki, onda bədənin temperaturu daha yaxşı tənzimlənir.
 
Duş qəbul edin
Yatmazdan əvvəl soyuq duş qəbul edin ki, bədən temperaturunu sala biləsiniz.
 
Yüngül xörəklər yeyin
Karbohidratlarla zəngin xörəklər (xəmir, düyü və sair) biz yatarkən də orqanizmimizdə həzm olunmaqda davam edir və bu prosesin özü daxili istiliyi artırır.
İsti yay axşamlarında salat və ya meyvə ilə kifayətlənmək daha yaxşıdır. (bbc)
 

Google+ WhatsApp ok.ru