İstirahət gününə olan hava proqnozu açıqlanıb

İstirahət gününə olan hava proqnozu açıqlanıb

-- Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu gecə 9-14°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru