İstirahət gününə olan hava proqnozu açıqlanıb

İstirahət gününə olan hava proqnozu açıqlanıb

-- Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək . Nisbi rütubət 75-85 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti təşkil edəcək.
 

 

Google+ WhatsApp ok.ru