İsveçdə 200 nəfərlik məscid yandırıldı 21 May 2018 01:00 Dünya -- Hadisə zamanı ölən və yaralanan olmayıb. İsveçin cənubunda yerləşən Skane bölgəsinin Hesselholm şəhərində 200 nəfərlik məscidin yandırıldığı bildirilir. Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, xilasetmə xidmətindən Magnus Carlsson yerli radioya bildirib ki, bir nəfər naməlum şəxs məscidə girərək qəsdən yanğın törədib. Yanğının qısa zamanda söndürüldüyünü bildirən M.Carlsson məscidə böyük ziyan dəydiyini və binadakı 4 mənzilin təhlükəsizlik məqsədi ilə boşaltdırıldığını deyib. Ölkənin rəsmi xəbər agentliyinə açıqlama verən Hesselholm İslam Mədəniyyət Dərnəyinin rəhbəri İsmayıl Darragi, Müsəlmanların ən çox ibadət etdiyi Ramazan ayında belə bir hadisənin baş verməsinə görə narahatlığını bildirib və hadisəni törədənlərin cəzalandırılmasını istəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb. Faktla bağlı cinayət işi açılıb və hadisəni törədən şəxsin həbsi üçün hərtərəfli araşdırma aparılır. Teqlər : #İsveçdə 200 nəfərlik məscid yandırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada sərnişin təyyarəsi uçuş zamanı yanıb, xəsarət alanlar var - VİDEO Rusiyada QASIRĞA 40 adamı `xəstəxanalıq etdi`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO