İtaliyada Fələstin konfransı keçirildi

İtaliyada Fələstin konfransı keçirildi

-- 16-cı Avropa Fələstinlilər Konfransı

İtaliyanın Milan şəhərində 16-cı Avropa Fələstinlilər Konfransı keçirilib.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, konfransda fələstinlilərin sionist İsrail tərəfindən işğal edilən tarixi torpaqlarına geridönüş haqqı tələb edilib.
 
Fələstinin sadəcə fələstinlilərin deyil, bütün müsəlmanların ortaq məsələsi olduğu ifadə edilib.
 
Bundan başqa, Avropa hökumətlərinə çağırış edilərək fələstinlilərin hər gün məruz qaldığı vəhşətə son qoyulması üçün konkret mövqe ortaya qoymaları tələb edilib.
 
Həmçinin, Fələstinə humanitar yardım üçün beynəlxalq təşkilatlardan dəstək istənilib.
 

Google+ WhatsApp ok.ru