İtaliyada `İslam və Florensiya` incəsənət sərgisi keçirilir

İtaliyada `İslam və Florensiya` incəsənət sərgisi keçirilir

-- Barcello muzeyində

İtaliyanın Florensiya şəhərində "İslam və Florensiya" adlı sərgi təşkil olunub.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, sərgiyə İtaliyanın ən məşhur muzeylərindən biri olan milli Barcello (Bargello) muzeyi evsahibliyi edir.
 
Sərgi İtaliyanın Palermo şəhərində anadan olmuş İslami incəsənət məsələləri üzrə mütəxəssis "Giovanni Curatola"nın təşəbbüsü ilə təşkil edilib. 
 
İslami incəsənət əsərləri sərgisinin keçirilməsi üçün iki il hazırlıq görülüb.Bir sıra mütəxəssislər beynəlxalq elmi şuralarda toplanıb, qərb və şərqin mədəniyyət təbadülünün göstəricisi olan İslami incəsənət əsərlərini müxtəlif ölkələrdən əldə edib. 
 
Bundan başqa İslami incəsənət məsələləri üzrə elmi şuranın üzvləri məqalələr yazaraq sərginin kataloqlarında şərq və qərbin əlaqələrini əks etdirən əsərlər barədə faydalı məlumatlar verib. 
 
Sərgidə nümayiş olunan əsərlər miladın 15-ci əsrindən 19-cu əsrə qədər ki, mədəniyyət və incəsənət tarixini ehtiva edir.
 
 İtaliyalı incəsənət xadimi Luyis Karand dünyanın müxtəlif yerlərindən əldə etdiyi 3300 İslami incəsənət nümunəsini bu muzeyə hədiyyə edib.
 

Google+ WhatsApp ok.ru