İybilmə qabiliyyəti ilə piylənmə arasında əlaqə aşkar edilib

İybilmə qabiliyyəti ilə piylənmə arasında əlaqə aşkar edilib

"The İndependent" yazır ki, yeni elmi araşdırma iybilmə qabiliyyəti ilə piylənmə arasında əlaqə aşkar edib.
 
ABŞ-da siçanlar üzərində aparılmış elmi təcrübə göstərib ki, yeməyin iyi insan orqanizminin kaloriləri sərf etmək prosesinə təsir edir.
 
Alimlər aşkar ediblər ki, iybilən siçanlar piylənməyə iy bilməyənlərdən daha çox məruz qalırlar.
 
Ən maraqlısı isə budur ki, arıq və iy bilməyən siçanlar da iybilənlər qədər yeyiblər.
 
Amma bu dəqiq müəyyənləşib ki, iybilən siçanlar kökəlməyə iki dəfə daha çox meylli olublar.
 
Alimlər düşünürlər ki, iybilmə qidanın həzminə yox, onun bədəndə "anbarlanmasına" kömək edir.
 
Ekspertlərin gəldiyi ümdə nəticələrdən biri də budur ki, ərzaq sənayesi qidaların daha yaxşı satılması üçün onların mümkün qədər "ətirli" olmasına çalışır.(bbc)
 

Google+ WhatsApp ok.ru