İyulun 14-də II və III qruplar üzrə qəbul imtahanları keçirəcək

İyulun 14-də II və III qruplar üzrə qəbul imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. 
 
Maide.info xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
 
Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
 
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
 

Google+ WhatsApp ok.ru