İyun yağışları bəzi məhsulları bahalaşdıra bilər

İyun yağışları bəzi məhsulları bahalaşdıra bilər

Ekspertlərə görə, taxılın qiymətini də qalxması mümkündür
 
Ölkədə qeyri-sabit hava şəriait davam edir. Hazırda yay fəslinin ilk ayını yaşadığımızı nəzərə alsaq, ölkə üzrə düşən yağıntının miqdarı da artıb. Hətta bəzi rayonlara dolu yağaraq, kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurub. Bəs görəsən bu cür hava şəraitinin davam etməsi hansı məhsullar üzrə məhsuldarlığı azaldacaq? Hava şəraiti qiymətlərə necə təsir gösətərəcək?
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov bildirdi ki, bu yağışlar meyvə-tərəvəin qiymətinə elə də böyük təsir etməyəcək: “İstər-istəməz mövsüm amili var və kənd təsərrüfatı məhsullarının istehsalı davam edir. Yağışların olması müəyyən dərəcədə ziyan vursa da böyük bir təsiri ola bilməz. O baxımdan qiymətlərdə də öz əksini tapmayacaq. Bəzi ağaclarda çiçəkləmə dövrü getdiyindən yağışlar onlara mənfi təsir edə bilər. Ancaq digər tərəfdən torpağın münbitliyi daha da artır. Bizim regionumuzda su qıtlığı olduğunu nəzərə alsaq, yağışların yağması torpağın münbitliyinin artırılması baxımından müsbət hadisədir. Sadəcə, mövsüm baxımından meyvə ağaclarına pis təsir edə bilər. Bu mənada yığımın vaxtında aparılması olduqca vacibdir”.
 
Ekspert hesab edir ki, hal-hazırda yetişən məhsulların qiymətləri daha da aşağı enə bilər: “Çünki yağıntılı hava şəraiti davam etdiyindən fermerlə məhsulu tez yığmaq məcburiyyətində qala bilərlər”.
 
Taxılın məhsuldarlığına gəlincə, M.İbrahimov bildiridi ki, yağışlar bu məhsulun yığımına mənfi təsir edir: “Bu sahədə sığorta şirkətlərinin işləməsi çox yaxşı olardı. Sığorta olsaydı, bu kimi strateji məhsulların qiymətini tənzimləmək mümkün olardı. İndiki mərhələdə taxılın biçilmə dövründə yağışın yağması məhsuldarlığa mənfi təsir göstərəcək. Ancaq bu situasiyanı aradan qaldırmaq üçün tezliklə sığorta sisteminin işə salınmasına ehtiyac var”.
 
Yağıntı miqdarının artmasının ot qıtlığına səbəb olacağı ehtimalı üzərində dayanan ekspert vurğuladı ki, uzun illər heyvandarlığın yem bazasının formalaşmasına çox az diqqət yetirildiyindən, yem qıtlığı Azərbaycanda hər zaman olub: “Aqrar sahədə görülən bütün işləri götürsək, yem bazasının təkmilləşdirilməsi ilə bağlı çox az normativ sənədlər var. Bu sahəyə çox az diqqət yetirilir. Hazırki yağışların təsirinə gəlincə, yem bazasında yer alan ot növləri su sevəndirlər, yağışlardan sonra onların məhsuldarlığı üçün daha münbit şərait yaranır. Ot qıtlığı ona görə baş verə bilər ki, yem üçün ayrılan otlaq sahələri digər kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilib. Hökumət digər yem növlərinin istehsalına başlamalıdır, kombikorm sənayesi hazırlanmalıdır. Əgər hər rayonda bir kombikorm zavodu olsa, silos və kombikormun hazırlanması üçün texnologiya yaradılsa, yem fondu yaranmış olar və qıtlıq yaşanmaz”.
 
Ekoloq Telman Zeynalov isə qəzetimizə açıqlamasında bu yayın sərin keçəcəyini bildirdi: “Mən 5 ay öncədən də bildirmişdim ki, bu yay sərin və soyuq keçəcək. Çünki bu il qış çox sərt keçdi, bəzi dağlarda 4-5 metrə qədər qar yağmışdı. Ona görə yay da sərin keçəcək. Məhsuldarlığa təsirinə gəlincə, bir neçə rayonda havanın soyuq olması o demək deyil ki, bütün ölkə ərazisində yay sərin keçir. Şimal küləyi əsasən ölkənin şimal zonasını tutur. Orada əsasən taxılçılıq və meyvə becərilir. Meyvələrin də əksəriyyəti artıq yetişib. Ola bilər ki, yetişməyən meyvələri dolu vurub dağıdır. Bu halda qiymətlər qalxacaq. O cümlədən taxılın da qiyməti qalxa bilər. Taxıl biçini isə iyunun 15-ə kimi yekunlaşmalı idi”.
 
Ekoloq xarici ölkələrdəki hava şəraitinin də taxılın qiymətini diqtə edəcəyini diqqətə çatdırdı: “Ancaq bir məsələ də var ki, biz taxılı təkcə ölkədə istehsal etmirik. Xaricdən, əsasən də Ukraynadan, Rusiyadan taxıl alırıq. Ona görə də, xaricdəki hava şəraitin də nəzərə almalıyıq. Ukraynanı, Rusiyanın cənub hissəsini də dolu vurmuşdu. Orada da leysan yağır, sel basır. Bu amillərdə də var. Deməli, Rusiyadan idxal olunan taxılın da qiyməti qalxa bilər. Bir neçə ölkədə bu cür dolu yağmasını onunla izah edirlər ki, buzlaqlar əriyir, bir neçə ölkədə qasırğa və sel fəlakəti ola biolər. Bu isə o deməkdir ki, kimsə meteroloji silahlardan istifadə edir. Çünki bilirlər ki, buzlaqlar əriyirsə, Şimal Buzlu okeandan su Sakit okeana keçəndə su daha soyuq olur və şirinləşir. Nəticədə hər yerə soyuq cərəyan axır. Bundan istifadə edib qasırğaların asyını artırırlar”. (musavat) /

Google+ WhatsApp ok.ru