`İşgəncənin videogörüntüləri Avropa Məhkəməsinə göndərilib`

`İşgəncənin videogörüntüləri Avropa Məhkəməsinə göndərilib`

-- Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı

“Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı bir sıra yeniliklər var".
 
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
 
O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müvafiq sənədlər göndərilib: "Avropa Məhkəməsi ilə komunikasiya işləri davam edir. Biz də əldə etdiyimiz sənədlərə dair öz münasibətimizi bildirəcəyik. Görülən tədbirlər vaxtında aparılır. Ümid edirəm ki, yaxın aylarda biz Avropa Məhkəməsində müsbət qərarların qəbulunun şahidi olacağıq. Hesab edirəm ki, vətəndaşlarımızın qanunsuz həbsinə son qoyulmalıdır. Onların öz ərazimizdə sərbəst hərəkət etmə hüquqları tapdalanılıb. Avropa Məhkəməsi də onların hüquqlarını tanımalıdır".
 
A.Bağırov qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülən zamanı işgəncə verilməsi ilə bağlı videogörüntü və səbədlər Avropa Məhkəməsinə təqdim edilib.
 

Google+ WhatsApp ok.ru