İşğalçı ordu yenə Qəzzada qətl törədib, xeyli yaralı var

İşğalçı ordu yenə Qəzzada qətl törədib, xeyli yaralı var

Dünən axşam saatlarında işğalçı İsrail ordusu Qəzza zolağının şərqindən fələstinli nümayişçiləri atəşə tutublar.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, hücum nəticəsində 1 nəfər həlak olub, onlarla insan yaralanıb.
 
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, 21 yaşlı İmad Davud İşteyvi İsrail snayperi tərəfindən başından vurulub və yerindəcə dünyasını dəyişib. Azı 20 yaralı ilkin yardım üçün Qəzza hospitallarına çatdırılıb. Digər 2 nəfər Xan-Yunis məntəqəsinin yaxınlığında, 10 nəfər isə nisbətən şərq bölgələrdə yaralanıblar. Nümayiş əsnasında İsrail təyyarəsi Maliki məntəqəsində bir qrup fələstinliyə tərəf havada atəş açıb.
 
Qeyd edək ki, onlarla fələstinli gənc Bureyc qaçqın düşərgəsinin şərq hissəsinə toplaşaraq İsrailin işğalçılıq və 12 ildir davam edən blokada siyasətinə qarşı etiraz ediblər.
 
Bildirək ki, mart ayından bəri başlamış "Böyük qayıdış" yürüşləri zamanı bugünədək 195 fələstinli İsrail ordusu tərəfindən qətlə yetirilib, 20 min nəfərdən çox insan yaralanıb. Həlak olanlardan 32 nəfər uşaqlardır.
 

Google+ WhatsApp ok.ru