İşğalçı İsrail Qəzzanı bombaladı

İşğalçı İsrail Qəzzanı bombaladı

-- bu gün səhər

Sionist İsrail rejim ordusu Qəzza zolağının cənub hissəsinə zərbə endirib.
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, işğalçı rejim Hərbi-Hava Qüvvələri Qəzza ərazisinə bir neçə zərbə endirib.
 
İsrail ordusunun məlumatına görə, zərbələr fələstinlilərin istifadə etdikləri avadanlığa və avtomobillərinə endirilib.
 
Qəzzada şahidlərin bildirdiyinə görə, işğalçı rejim  bölgəyə 12 raket zərbəsi endirib.   
 
Hücum zamanı  ölən və yaralananlar barədə məlumat verilməyib. 
 
Qeyd edək ki, İşğalçı rejim bu gün səhər  Qəzzadan Fələstinin işğal olunmuş ərazisinə şübhəli əşyalar bərkidilmiş hava şarları buraxıldığını iddia edib və hava hücumuna görə Həmas və İslami Cihadi günahlandırıb. 
 

Google+ WhatsApp ok.ru