İşğalçı İsrail Qəzzanı yenidən bombaladı

İşğalçı İsrail Qəzzanı yenidən bombaladı

-- 25 raket zərbəsi endirilib

İşğalçı İsrail rejim yenidən Qəzzanı hava hücumuna məruz qoyub.
 
Maide.Az “cnnturk”ə istinadən xəbər verir ki, işğalçı rejim Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Qəzza sektoruna raket zərbələri endirib. 
 
İşğalçı rejim KİV-lərinin məlumatına görə, HƏMAS-ın 25 obyektinə raket zərbələri endirilib. Bildirilir ki, əsas hava zərbələri hərbi düşərgə və zavodlara endirilib.
 
Sionist rejim bunu Ramazan bayramı günlərində HƏMAS tərəfindən atılan 30 raketə, eləcədə Qəzzadan Fələstinin işğal olunmuş ərazisinə yollanan və yandırıcı maddə daşıyan uçurtma və şarlara cavab zərbəsi kimi qiymətləndirir.
 
Qeyd edək ki, Böyük Qayıdış Yürüşündə dinc əhaliyə odlu silahla hədəfə alan işğalçı rejim qüvvələrinə Fələstinli gənclər uçurtma və şarlarla cavab verir. Belə ki, fələsinli gənclərin uçurtduqları  şar və uçurtmalar Fələstinin işğal olunmuş və yəhudilərin məskunlaşdırıldığı ərazilərində  yanğınlara səbəb olur.  
 

Google+ WhatsApp ok.ru