İşğalçı İsrail rejim aviasiyası aviasiyası Qəzza zolağına zərbələr endirdi

İşğalçı İsrail rejim aviasiyası aviasiyası Qəzza zolağına zərbələr endirdi

-- 4 hədəf vuruldu

Sionist İsrail rejim aviasiyası Qəzza zolağına  hava zərbələri endirib.
 
Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejim aviasiyası Qəzza zolağındakı yerüstü infrastruktura zərbə endirib.
 
İsrail tərəfi aviazərblərin hədəfinin HƏMAS təşkilatının mövqeləri olduğu və 4 hədəfə endirildiyini bildirib.

Xatırladaq ki, ötən gün İsrail artileriyası Qəzza zolağında olan iki müşahidə qülləsinə zərbələr endirib.

Hücumlar zamanı xəsarət alanlar barədə məlumat verilməyib. 

Qeyd edək ki, HƏMAS Qəzzaya edilən hücumların arxasında İsrailin məqsədlərinin olduğunu bildirib. “İsrail ordusunun müqavimət qruplarının bəzi mövqelərini və dinc əhalinin yaşadığı bölgələri bomablamaqdan məqsədi gərginlik yaratmaqdır.  Buna görə  hücumlara  görə məsuliyyəti İsrail tərəfi daşıyır.  Fələstin  müqaviməti  xalqını qorumaq görəvindən çəkinməyəcək.  Xalqını  və  hər hansı bir hücuma qarşı  məsuliyyətli davranacaq və layiqli cavabı verəcək." 
 
Xatırladaq ki,  işğalçı İsrail  rejim ordusu müxtəlif vaxtlarda  Müqavimət qrupları tərəfindən raket atılması bəhanəsilə  Qəzzaya  davamlı hücumlar təşkil edir. 
 

Google+ WhatsApp ok.ru