İşğalçı İsrail rejim qüvvələri `əl-Əqsa` məscidinə namaz qılmağa gələn fələstinlilərə hücum etdi, 56 nəfər yaralandı

İşğalçı İsrail rejim qüvvələri `əl-Əqsa` məscidinə namaz qılmağa gələn fələstinlilərə hücum etdi, 56 nəfər yaralandı

Tel-Əviv rejiminin məhdudlaşdırıcı tədbirlərinin ləğvinin ardınca, Qüdsün işğal edilmiş ərazisində yaşayan müsəlmanlar müqəddəs məkanlara axışıb. 
 
Maide.Az xəbər verir ki, minlərlə fələstinlinin məscidə gəlməsinə dözümsüzlük göstərən işğalçı rejim əsgərləri "əl-Əqsa" məscidinə gələn fələstinlilərə atəş açıb. Fələstinlilər və işğalçı rejim əsgərləri arasında qarşıdurma yaranıb. 
 
Qarşıdurma zamanı işğalçı rejim əsgərləri göz yaşardıcı qaz, rezin güllə və dəyənəklərdən istifadə edib. 
 
Fələstin Qızıl Aypara Cəmiyyətinin yayımladığı açıqlamaya görə, cümə axşamı günü məscidin içində və ətrafında 56 fələstinli yaralanıb. “Yaralanan fələstinlilərin bir neçəsi işğalçı rejim əsgərləri tərəfindən döyülüb və bədənlərində sınıq xəsarəti var. Böyük əksəriyyəti isə işğalçı rejim əsgərləri tərəfindən açılmış rezin güllə nəticəsində yaralanıb”. 
 
Ötən gecə işğalçı rejimin "əl-Əqsa" məscidi ilə bağlı məhdudlaşdırıcı tədbirləri ləğv olunduqdan sonra minlərlə fələstinli məğrib və işa namazını "əl-Əqsa" məscidində qılıb. Bİr sıra gənclər məscidin ətrafında Fələstin bayraqlarını dalğalandırıb ki, işğalçı rejim əsgərləri bayraqları gənclərin əlindən almağa çalışıb. Bu zaman qarşıdurma baş verib. 
 
Fələstin Vəqflər və Dini İşlər Naziri Şeyx Yosef Id's, Fələstinlilərə Cümə namazlarını "əl-Əqsa" məscidində qılmağa çağırıb.

Google+ WhatsApp ok.ru