İşğalçı İsrail rejimi cümə namazına gələn fələstinlilərə hücum etdi - FOTO

İşğalçı İsrail rejimi cümə namazına gələn fələstinlilərə hücum etdi - FOTO

Sionist İsrail rejim əsgərləri "əl-Əqsa" məscidi önündə Cümə namazına toplanmış fələstinlilərə hücum edib. 
 
Maide.Az “habar7”-ə istinadən xəbər verir ki, "əl-Əqsa" məscidinin ətrafında toplaşan yüzlərlə fələstinli cümə namazını küçələrdə qıldı. 
 
İşğalçı rejim bu gün səhər Cümə namazını qılmaq üçün "əl-Əqsa" məscidinə giriş üçün yaş məhdudiyyəti tətbiq edib. Belə ki, 50 yaşdan aşağı müsəlmanların məscidə girişini qadağan edilib. Buna görə fələstinlilər məscidin önündə cümə namazı qılmağa məcbur olub. İşğalçı rejim əsgərləri namaza toplaşmış fələstinlilərə hücum edib.
 
Minlərlə sionist rejim polisi Qüdsün qədim bölgəsini mühasirə edib və "əl-Əqsa" məscidinin 3 qapısını bağlayıb.         
       
Həmçinin Əl-Xəlil şəhərində "əl-Əqsa" məscidinə dəstək mitinqi keçirilib. Polis əl-Xəlil şəhərindədə fələstinlilərə hücum edib və çox sayda insan yaralanıb. 
Fələstin KİV-lərinin məlumatına görə, bu gün 10 min nəfərdən çox fələstinli Əqsa məscidinin içərisində cümə namazı qılıb. 
Işğalçı rejim "əl-Əqsa" məscidinin ətrafında fələstinliləri dağıtmaq üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edir.
     
Qeyd edək ki, ötən gün Tel-Əviv rejiminin məhdudlaşdırıcı tədbirlərinin ləğvinin ardınca, Qüdsün işğal edilmiş ərazisində yaşayan müsəlmanlar müqəddəs məkanlara axışmışdı. Minlərlə fələstinlinin məscidə gəlməsinə dözümsüzlük göstərən işğalçı rejim əsgərləri "əl-Əqsa" məscidinə gələn fələstinlilərə atəş açmış və 56 nəfəri yaralamışdı. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru