İşğalçı İsrail rejimi Məclisi qalmaqallı qanun layihəsini qəbul etdi

İşğalçı İsrail rejimi Məclisi qalmaqallı qanun layihəsini qəbul etdi

Sionist İsrail rejim parlamenti, 7 ildir hazırlıq mərhələsində olan mübahisəli "Yəhudi milli dövləti" qanun ləyihəsini qəbul edib. 
 
Maide.Az bildirir ki, "Reuters"in verdiyi xəbərə görə, "Yəhudi milli dövləti qanun layihəsi"ndə  İsrail qanununda boşluq olması zamanı, yəhudi şəriət qanunlarının  əsas götürülməsi, "sadəcə yəhudilərin girə biləcəyi yaşayış bölgələrinin yaradılması", "ərəb dilinin rəsmi dil olmaqdan çıxarılması" və dünyadakı bütün yəhudilərə Fələstinin işğal olunmuş ərazilərinə qayıtmaq haqqı verilməsi kimi mübahisəli maddələr yer alır.
 
İlk baxışda bu qanun rəmzi görünsə də onun “İsrail yəhudi xalqının tarixi vətəni və dövlətidir” və “Bu dövlətin yolunu və taleyini bəlli etmək yalnız yəhudi xalqına məxsusdur” kimi məzmuinları 1.8 milyon ərəbi və xristianları və sair azlıqların gələcəyini ciddi şəkildə təhlükə altına atır.
 
Sözügedən qanun çərçivəsində gəlib ki, “dövlət yəhudi yaşayış massivlərinin (işğal edilən Fələstin ərazilərində) salınmasını milli dəyər bilir və onun genişləndirilməsinə təşviq və dəstək edəcək.”
 

Google+ WhatsApp ok.ru