İşğalçı İsrail rejimi Qəzzalı xəstələri MRT müayinələrindən məhrum edir

İşğalçı İsrail rejimi Qəzzalı xəstələri MRT müayinələrindən məhrum edir

-- Qəzzada minlərlə xəstənin həyatı təhlükədədir

Sionist İsrail rejiminin Qəzza zolağındakı xəstəxanalara helium qazının girişinin azalması qərarına görə MRT  (maqnit-rezonans tomoqrafiyası ) kimi dəqiq və müasir müayinələrə ehtiyacı olan xəstələrin həyatına ciddi təhlükə yaranıb. 
 
Maide.Az "dunyabulteni"-ə istinadən xəbər verir ki,  MRT müayinələrinə  ayda 3 mindən çox xəstə ehtiyac duyur.
 
Açıqlamada qeyd edilir ki, işğalçı ölkə daha çox xəstəni öldürmək və müalicədən məhrum etmək üçün səbəblər axtarır.
 
"Bu qərar işğalçı İsrail rejimin səhiyyə xidmətlərini zəiflətməyi, fələstinli insanları hədəf almağı və səhiyyə xidmətlərindən istifadə etmək kimi beynəlxalq səviyyədə qorunan təməl haqları zorla əlindən almağı hədəflədiyini açıq aşkar ortaya qoyur". 
 
İşlağlçı İsrailin tibbi helium qazının azaldılması üçün irəli sürdüyü iddiaların doğru olmadığı bildirilən Nazirlik  Ümumdünya Səhiyyə Təşkilatı və  Beynelxalq Qızıl Xaç Komitəsi başda olmaqla, bütün beynəlxalq birliklərin bu iddiaların düzgün olmadığını bildirmələrini tələb edib. 
 

Google+ WhatsApp ok.ru