İşğalçı İsrail rejimindən ərəb dili və Qüdsə “zərbə”

İşğalçı İsrail rejimindən ərəb dili və Qüdsə “zərbə”

İşağlçı İsrail rejiminin parlamenti - Knesset dövlətin milli xüsusiyyətləri barədə qanun layihəsini gözdən keçirəcək. Həmin layihəyə əsasən ərəb dilinin rəsmi statusu ləğv edilir.
 
Hakim “Likud” Partiyası tərəfindən təklif edilmiş sənəd daha əvvəl hökumətin qanunverici məsələlər üzrə komitəsi tərəfindən yekdilliklə təsdiqlənib.
 
Dəyişikliklər təsdiqlənəcəyi halda ərəb dili yalnız xüsusi statusa sahib olacaq, dövlət dili isə ivrit dili olacaq.
 
İsrail mediasının məlumatına görə, qanun layihəsində həm də Qüdsün paytaxt edilməsi də nəzərdə tutulub.
 
İsrail müxalifəti isə qanun layihəsini demokratik vətəndaş hüquqlarını pozan və ərəb azlığını diskriminasiya edən qanunlayihəsi kimi təndiq edib.
 
Qeyd etmək lazımdır ki, ərəb dilinə dair oxşar təşəbbüs 3 il öncə iflasa uğramışdı. (islamazeri) 

Google+ WhatsApp ok.ru