İşğalçı İsrail İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir -VİDEO

İşğalçı İsrail İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir -VİDEO

-- Fələstinlilərlə işğalçı qüvvələr arasında toqquşma baş verib

 
Sionist İsrail rejimi İordan çayının qərb sahilinə hərbi qüvvə cəlb edir.
 
Maide.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
 
Sionist İsrail ordusundan verilən açıqlamada vəziyyətin təhlil edilərək çox sayda hərbi qüvvənin İordan çayının qərb sahilinə cəlb edilməsi barədə qərar qəbul edildiyi bildirilir.
 
RT-nin məlumatına görə,  İordan çayının qərb sahilində  fələstinlilərlə işğalçı rejim qüvvələri arasında qarşıdurma baş verib. 
 
 
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.
 

Google+ WhatsApp ok.ru