İşğalçı İsrail əsgərləri 5 yaşlı fələstinli qızı hərbi avtomobillə vurdu

İşğalçı İsrail əsgərləri 5 yaşlı fələstinli qızı hərbi avtomobillə vurdu

-- Yaralı qız uşağı Aliyə xəstəxanasına çatdırılıb

Sionist İsrail rejim  əsgərləri Iordan çayının qərb sahilinin cənubundakı əl-Xəlil şəhərində 5 yaşlı fələstinli qızı hərbi maşınla vurub.

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

Nazirlik açıqlamada İsrail qüvvələrinə məxsus hərbi maşının əl-Xəlildə 5 yaşlı fələstinli qızı vurduğunu qeyd edib.

Açıqlamada qızın bədənində xəsarətlər olduğu və Qızıl Aypara cəmiyyətinə məxsus təcili tibbi yardım maşınıyla Aliyə Dövlət Xəstəxanasına çatdırıldığı bildirilib. (eastnews)

Google+ WhatsApp ok.ru